Xəbər lenti

Separatçı rejim Qarabağda referendum keçirmək istəyir
Siyasət 17:00 22.06.2021

Separatçı rejim Qarabağda referendum keçirmək istəyir

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan referendum keçirmək qərarı verib. 

HİT.az erməni mediasına istinadən xəbər verir ki, "Qarabağa etimad referendumu” adını daşıyacaq səsvermə ilə bağlı xəbəri Arutyunyan bu gün Xankəndidə təyin etdiyi mitinqdə açıqlayacaq.

Erməni mediası yazır ki, o, Nikol Paşinyanın Ermənistanda son qələbəsindən sonra həvəslənərək, özünün Qarabağdakı "hakimiyyətinin” legitim olmasını sübut etməyə çalışır.

Xatırladaq ki, dünən Xankəndidə bir qrup erməni Arayik Arutyunyanın istefa verməsi tələbi ilə etiraz aksiyası keçirib. Bu gün saat 18:00-da isə separatçıların rəhbəri Xankəndidə mitinq təyin edib və hamını ora dəvət edib. O bəyan edib ki, bütün məsələlərlə bağlı açıq danışacaq və hamının suallarını cavablandıracaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->