Şərab içmək yalnızca ağızda xoş dad və bədəndə müsbət təsir yaratmır. Bu proses həm də sizi daha ağıllı edə bilər.
Qaynarinfo Independent-ə istinadən məlumatına görə, Yale Universitetinin neyroloqu Qordon Şeperd bildirir ki, şərab içmək beyində musiqi dinləyərkən və riyaziyyat məsələsi həll edərkən baş verən dəyişiklikdən daha çox zəka prosesinə səbəb olur. O, "Neyronologiya: Beyin şərab dadını necə yaradır" kitabında beyin və şərabın dadının yaranma prosesindəki əlaqəni izah edir.
Şərab içmək mürəkkəb prosesdir. Bu prosesə çox sayda element daxildir: şərabı qurtumlamaq, dilin dadı hiss etmək üçün ağızda tərpənişi, burun vasitəsilə şərabın aromasını hiss etmək və s.
Şepherd "Biz sadəcə şərabı içmirik, ağzımızda dadını daha yaxşı hiss etmək üçün biraz gözləyirik ki, bu da qarışıq prosesdir. Şərabın dadını hiss etmək gözün rəngi qəbul görməsinə oxşayır. Bizim gördüyümüz rənglər əslində müstəqil olaraq mövcud deyillər, sadəcə biz beynimizdə rəngləri formalaşdırır və belə qəbul edirik. İşıq gözə çatır, beyində fərqli sistemlər aktivləşir, nəticədə müxtəlif dalğa uzunluqları müxtəlif rəngləri yaradır. Həmçinin şərabın tərkibindəki molekulların dadı yoxdur. Lakin beynimiz rəng yaratdığı zaman olduğu kimi şərab dadı da yaradır" deyib.
Nəticə etibarilə, biz "Sauvignon Blanc" şərabının və digər içkilərin dadından zövq alarkən beynimiz nəzərəçarpacaq fəaliyyətin icrası ilə məşğul olur.
Gülşən
Şərhlər