Xəbər lenti

Serbiya Prezidenti: “Azərbaycana 207 milyon dollar ödəyəcəyik”
Ekonomiks 09:32 05.12.2020

Serbiya Prezidenti: “Azərbaycana 207 milyon dollar ödəyəcəyik”

Serbiya "Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan aldığı kreditin 170 milyon avro (207 milyon dollar) məbləğində ödənilməmiş hissəsini qaytarmağı planlaşdırır. 

"Qafqazinfo” "SeeNews” nəşrinə istinadən bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"170 milyon avro həcmində borcun ödənilməsi Serbiyanın dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətini 0,42 faiz bəndi azaldaraq 58,5%-ə endirəcək”, - Vuçiç deyib.

Serbiya Prezidentinin sözlərinə görə, borc bu ilin sonunadək, ən geci 2021-ci ilin əvvəlində Azərbaycana ödəniləcək.

Qeyd edək ki, Serbiya Azərbaycan hökumətindən 2012-ci ildə "Dəhliz 11”in tikintisi üçün 300 milyon avro məbləğində kredit alıb. Tikinti işləri Azərbaycanın "Azvirt” inşaat şirkəti tərəfindən həyata keçirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->