“Rafiq Əliyev fikirlərini ümumən Milli Şura haqqında deməyib”
“Uğursuz, perspektivi olmayan siyasətçilər və siyasi şərhçilər bu cür çıxışlar edir. Bu haqda Aydın Mirzəzadənin və Sərdar Cəlaloğlunun danışmağa haqqı yoxdur. Çünki özləri uğursuzluq içindədirlər”.
Bunu Qaynar.info-ya “El” hərəkatı sədrinin müavini Eldəniz Quliyev ADP sədri Sərdar Cəlaloğlunun Milli Şura haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
E.Quliyevin sözlərinə görə, Milli Şura ziyalıların və siyasətçilərin geniş spektrini əhatə edəcək: “Bu yöndə də ciddi işlər aparılır”.
“El” funksioneri Sərdar Cəlaloğlunun Rafiq Əliyevin adından səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Rafiq müəllim tanınmış ziyalıdır. O, Ziyalılar Forumunun yaradıcılarından biridir. Onun dediyi sözləri təhrif edirlər. Rafiq Əliyev fikirlərini ümumən Milli Şura haqqında deməyib. Hansısa siyasətçinin fikirlərinə münasibət bildirərkən deyib”.
Şərhlər