İdman 14:35 31.03.2023

Səudiyyə Ərəbistanından ayrıldı, qadın komandasına getdi

Fransa Futbol Federasiyası Herve Renardı qadınlardan ibarət millinin baş məşqçisi təyin edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə federasiyadan açıqlama verilib. 54 yaşlı təcrübəli çalışdırıcının millini 2023-cü ildə dünya çempionatı və 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Oyunlarına aparacağı qeyd edilib.

Renard ilk sınağını aprelin 7-də Kolumbiyaya, aprelin 11-də isə Kanadaya qarşı keçirəcək.

Fransalı məşqçinin çalışdırdığı Səudiyyə Ərəbistanı Qətərdə keçirilən dünya çempionatında favoritlərdən olan Argentinanı 2:1 hesabı ilə məğlub edərək turnirin ilk böyük sürprizini yaşamışdı.

Renar qarşılıqlı razılıq əsasında Səudiyyə Ərəbistanı ilə müqaviləsini ləğv edib.

Səbuhi Həsənov