ABŞ xarici işlər nazirliyinin sözçüsü Heather Nauert Səudiyyə Ərəbistanının koalisiya qüvvələrinə Suriyanın Raqqa şəhərinin restavrasiyası üçün 100 milyon dollar pul verdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, rəsmi Riyad məbləği İŞİD əleyhinə koalisiyada yer alan qrupa 12 iyulda Brüsseldə keçirilən İŞİD əleyhinə Beynəlxalq Koalisiya tədbirində verib. Nauert bildirib ki, YPG-PKK və İŞİD hücumlarına görə şəhəri tərk edən 150 min mülki vətəndaş artıq əraziyə geri qayıdıb.
Qeyd edək ki, şəhərdə humanitar böhran hələ də davam edir. Koalisiya qüvvələrinin terrorçular əleyhinə təşkil etdiyi hava hücumlarında şəhər xarabaya çevrilib. YPG-PKK-nin hələ də tərk etmədiyi ərazidə mülki vətəndaşlar çətin şəraitdə yaşayır.
Gülşən
Şərhlər