"Mülayim İslam" qaydalarının tətbiqinə başlayan Səudiyyə Ərəbistanı daha bir inqilabi qərar qəbul edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yeni qərara əsasən, cəmiyyət qaydalarına uyğun və ədəbli geyinəcəkləri təqdirdə qadınlar üçün çadra məcburi olmayacaq. Yeni qanunda deyilir:
"Şəriət qaydaları açıqdır. Qadınlar da kişilər kimi ədəbli şəkildə geyinməlidir. Bunun qara çadra formasında olması məcburi deyil".
Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman "1979-cu ildən əvvəl Səudiyyə Ərəbistanında normal şəkildə yaşayırdıq. Din, qara çadranı məcbur etmirdi. Qadının örtünmək üçün qara rəngdən istifadəsi onun öz seçimidir" fikirlərini səsləndirib.
Gülşən
Şərhlər