Futbol üzrə Azərbaycan çempionu "Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İspaniyada "Sevilya”nın qonağı olacaq.
Qaynarinfo xəbər verir ki, "Qarabağ” üçün ayrılmış biletlər noyabrın 26-da satışa çıxarılacaq.
Oyunu izləmək istəyən azarkeşlər stadionun kassalarından biletləri ala bilər. Ağdam klubunun azarkeşləri üçün S38 sektoru ayrılıb. Bir biletin qiyməti 35 avrodu.
"Ramon Sançes Pisxuan"da keçiriləcək qarşılaşma noyabrın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Şərhlər