Xəbər lenti

Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
Ekonomiks 12:17 01.09.2025

Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi

Ev dustağlığında olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sabiq sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev barəsində məhkəmə yeni qərar qəbul edib. 

Qaynarinfo-nun məlumatına görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus 194 min manatı mənimsəməkdə ittiham edilən keçmiş məmurlarla bağlı məhkəmədə mülki iddia qaldırılıb. 

İddiada götərilir ki, keçmiş vəzifəli şəxslər tərəfindən mənimsənilən 194692,09 manat məbləğində maddi ziyanın və tərəflərindən ödənilmiş 484,69 manat təqsirləndirilən şəxslərdən tutularaq Bakı Telefon Rabitəsi MMC-yə ödənilsin. 

Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsi sabiq sədrə qarşı irəli sürülən iddianın əsassız olduğunu bildirib və bu vəsaitin mənimsənilməsinə görə Rəşad Babayevi günahlandırıb. Onun sözlərinə görə, tələb edilən bütün məbləğ Rəşad Babayev tərəfindən mənimsənilib. Bildirib ki, İsrafil Bəkirovun günahı işdə boşluqlara yol verməsi olub və buna görə məsuliyyət daşıyır: "İsrafil müəllimin törətdiyi əməl qulluq mövqeyinin əleyhinə olub və o, hazırda da cəzasını çəkir".

Məhkəmədə İsrafil Bəkirovun nümayəndəsinin müdafiə çıxışı qəbul olunmayıb. 

Məhkəmənin hökmü ilə İsrafil Bəkirov və Rəşad Babayevdən 194692,09 manat məbləğində maddi ziyan və 484,69 manat dövlət rüsumunun əvəzi tutulacaq.
 

Xatıradaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum olunub. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri, hazırda Ağstafa rayon İcra Hakimiyyətinin başçısı  vəzifəsində çalışan Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib. 

O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842,97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib. Sabiq məmur mənimsənilən puldan 134 min manatı S.Orucova verdiyini deyib. 

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->