Xəbər lenti

Əməkdar müəllimin ölkədən çıxışına
Ekonomiks 12:11 01.09.2025

Əməkdar müəllimin ölkədən çıxışına "stop" qoyuldu (SƏBƏB)

Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353,19 manat vergi borcunun olmasıdır. 

İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsin üçün müraciət edilib. 

Məhkəmənin qərarı ilə 1972-ci ildə Bakı şəhərində аnаdаn оlmuş direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->