Xəbər lenti

Şeyx dünya liderlərinə müraciət etdi
Siyasət 11:42 21.02.2019

Şeyx dünya liderlərinə müraciət etdi

Bu gün Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilir.

Qaynarinfo xəbər verir ki, tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadə əvvəlcə dünya dini liderlərinə və parlamentlərinə, BMT, ATƏT, AŞ, İƏT və İnsan Hüquqları üzrə Avropa məhkəməsinə müraciəti səsləndirib. Onun sözlərinə görə, Qafqazın qanlı terror qurbanı, Azərbaycan şəhəri Xocalıda törədilən vəhşiliklər hələ də dünya ictimaiyyəti tərəfindən pislənməyib və layiqli qiymətini almayıb: "Xocalı vəhşiliklərin kulminasiya nöqtəsidir.

Ancaq bu vəhşiklikləri törədənlər hələ də hüquqi cəzasını almamışdır. Ermənistan heç bir beynəlxalq qurumun qərar və qətnamələrinə məhəl qoymur. Cəzasızlığından ilhamlanan Ermənistan daim atəşkəsi pozmağa cəhd edir, sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirir. Azərbaycan xalqına qarşı törədilən cinayətləri ört-basdır edənlər, onların havadarları bizə qarşı törədilən terrorizmə haqq qazandırmaq niyyətindədir. Həqiqət bundan ibarətdir ki, bütov bir şəhərin məhv edilməsi soyqırım aktıdır. Növbəti dəfə beynəlxalq təşkilatalara müraciət edirik ki, bizim soyqırımımıza biganə qalmasınlar. Qarabağın münaqişəsinin həllində bizə kömək etsinlər. Ən əsası isə haqqın tərəfində olsunlar. Qeyd edim ki, Azərbaycanın bütün məscidlərində və dini məclislərdə cümə günü şəhidlərin şəninə xütbələr veriləcək, onların əziz ruhuna Qurani-Kərim, dualar oxunacaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->