Xəbər lenti

Silahlı Qüvvələr günü münasibətilə Vətən Müharibəsi qazilərinin tibbi müayinəsi aksiyası
Foto 15:22 23.06.2021

Silahlı Qüvvələr günü münasibətilə Vətən Müharibəsi qazilərinin tibbi müayinəsi aksiyası

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr günü münasibəti ilə 100 nəfər Vətən Müharibəsi qazisi və onların övladlarının tibbi aksiyası həyata keçirilib. 

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, 23, 24, 25 iyun tarixlərində 3 gün davam edəcək. Tibbi aksiya zamanı Qazilərimizə və onların övladları üçün bütün tibbi müayinələr, həkim qəbulu, labarator analizləri və digər tibbi  xidmətlər pulsuz təşkil edilib. 

İctimai birlik tərəfindən şəhid ailələri və qazilərə ictimai, siyasi, sosial dəstək yönümlü layihələrimiz gələcəkdə də uğurla davam etdiriləcək. 

Birliyin İcraçı direktoru onu da qeyd edib ki, bu cür tibbi əhəmiyyətli tədbiri təşkil etməkdə əsas məqsəd Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərlə bağlı həyata keçirdikləri sosial dəstək proqramına uyğun olaraq, ictimai, siyasi kursu əsas götürərək 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə fədakarcasına döyüşərək sağlamlığını itirmiş qazilərimizə hər cür diqqət və qayğı ilə yanaşı tibbi cəhətdən də dəstək olmaqdır.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->