Xəbər lenti

Şimali Koreya hədələdi:
Dünya 17:41 24.12.2017

Şimali Koreya hədələdi: "Müharibə elanı kimi qəbul edirik"

Şimali Koreya ötən günlərdə BMT tərəfindən qəbul edilmiş növbəti sanksiya qərarını müharibə elanı kimi qiymətləndirib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri "ABŞ nüvə gücünə sahib olduğumuz üçün dəhşətə gəlir. Ölkəmizə daha ciddi sanksiyalar tətbiq etmək üçün getdikcə daha çox addım atır. Suverenliyimizə təhlükə törədərək Koreya yarımadasında və geniş bir bölgədə sabitliyi təhlükə altına atacaq qərarlar qəbul edir. ABŞ-ın nüvə hədələrini, düşməncə addımlarını aradan qaldırmaq üçün ölkəmizi və nüvə potensialını daha da artıracağıq. BMT-nin sanksiya qərarının leyhinə səs verən ölkələr bu addımlarına görə cavab verəcəklər" deyib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya ixrac edilən neft məhsullarının 90%-nin azaldılması, neft ixracının 4 milyon barelə endirilməsi, xarici ölkələrdə işləyən Şimali Koreya vətəndaşlarının 2 il ərzində ölkələrinə qayıtması barədə qərar qəbul edib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->