Xəbər lenti

Şimali Koreya liderinin dayısının edam səbəbi - SEKS
Dünya 14:29 17.01.2014

Şimali Koreya liderinin dayısının edam səbəbi - SEKS


Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin 15 yaşlı qızlardan ibarət hərəmxanası olub.

Qaynar.info
xəbər verir ki, ölkə lideri hərəmxanaya indiki rəhbər Kim Çen Unun bir müddət əvvəl edam olunmuş dayısı Çan Son Txeti rəhbər təyin edib.

Bu barədə mərhum liderin 1989-2011-ci illərdə aşbazı olmuş yapon Kenci Fucimoto məlumat yayıb.

Aşbazın dediyinə görə, Txek qızları hərəmxanaya qatmazdan əvvəl onları seksə hazırlayırdı: "Onlar xüsusi komissiyanın qarşısında rəqs etməli və mahnı oxumağı bacarmalı idilər. Txek həmin qızların əksəriyyəti ilə cinsi əlaqəyə girirdi. Şimali Koreyanın indiki lideri Kim Çen Un da dayısının bu hərəkətini bağışlamayıb və buna görə onu edam etdirib".

Qaynar.info

--> -->