Xəbər lenti

Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama
Maqazin 15:34 07.05.2026

Ağamirzə Rəşad Dağlının azadlığa çıxdığını deyib? - Özündən açıqlama

Meyxanaçı Ağamirzə Məmmədov hazırda həbsdə olan Rəşad Dağlının azadlığa çıxması ilə bağlı sosial şəbəkələrdə onun adından yayılan fikirlərə aydınlıq gətirib.

O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rəşad Dağlının azadlığa çıxması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:

"Rəşad həbsdədir. Düzdür, mən belə bir fikir səsləndirmişəm. Amma onu Rəşad Dağlının deyil, illər öncə iş adamı Mübariz Mənsimov azadlığa çıxan vaxtı demişəm. Mübariz Mənsimov azadlığa çıxanda dedim ki, qardaşımız azadlıqdadır. Kimlərsə Mübarizin adını kəsib, onun yerinə Rəşad Dağlının adını qoyublar".

Qeyd edək ki, sosial şəbəkələrdə Rəşad Dağlının azadlığa çıxması ilə bağlı məlumat paylaşılır. Belə ki, Ağamirzə Məmmədovun "qardaşımız azadlıqdadır" fikirləri paylaşılır. İzləyicilər isə bunu Rəşad Dağlının azadlığa çıxması kimi qələmə verir.

Xatırladaq ki, meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirməkdə təqsirləndirilib. Meyxanaçı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bahar Rüstəmli
--> -->