Sağlamlıq 09:32 14.10.2020

Şirin çaydan imtina etsək, orqanizmdə nələr baş verər?

Şəkər də duz kimi, ümumilikdə "ağ ölüm" adlanır. Həqiqətən, əgər rasionumuzda çoxlu şirin və ya duz varsa, sağlamlığımız zərər görə, müxtəlif xəstəliklər və ya rahatsızlıqlar meydana gələ bilər.


Qaynarinfo xəbər verir ki, bu haqda həkimlər "Change” nəşrinə bildirib. Mütəxəssislər qeyd ediblər ki, adətən şəkərlə içdiyimiz çaydan imtina etsək, ilk növbədə çəkimiz sabitləşəcək. Fakt budur ki, şəkər iştahı artırır - buna görə də şirin çay içiriksə, mütləq yenə də içmək, nəsə bir kökə, buterbrod və ya nəsə şirin bir şey yemək istəyəcəyik.


Həm də şirin çaydan imtina etmək bağırsaqları iki qat daha səmərəli işlədəcək və üstəlik maddələr mübadiləsi sürətlənəcək. Bundan əlavə, dərinin vəziyyəti yaxşılaşacaq: qara nöqtələr və kiçik sızanaqlar aradan qalxacaq.


Şirniyyat həvəskarları üçün həkimlər şirəli meyvələrə üstünlük verməyi məsləhət görürlər - bu həm dadlı, həm də daha faydalıdır.


Bundan əvvəl ingilis alimlər adi çayın kişini impotent edə biləcəyini bildiriblər.

 

Alpər