Slovakiyanın xarici işlər naziri Miroslav Layçak istefa verib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, nazir, ölkəsi BMT-nin miqrasiya paktının qəbulundan imtina edib deyə belə qərar qəbul edib. Parlamentdə keçirilən səsvermədə 150 millət vəkilindən 90-ı miqrant razılaşmasının əleyhinə səs verib.
Qeyd edək ki, ABŞ, Macarıstan, Avstriya da razılaşmadan imtina edəcəyini açıqlayıb.
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər