"SOCAR olaraq sərmayələrimizi tam sürəti ilə davam etdiririk. 2019-cu il üçün ən önəmli hədəflərimizdən biri "STAR Rafineri”nin tam həcmdə işə düşməsidir. Bu, baş tutandan sonra hazırda Türkiyənin idxal etdiyi bir çox məhsul da elə bu ölkədə istehsal ediləcək. Dolayısıyla Türkiyənin kəsiri hər il 1,5 mlrd. ABŞ dollar azalacaq”.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu "SOCAR Turkey”in Xarici əlaqələr üzrə rəhbəri Murad Le Kompte (Murat LeCompte) Uludağ İqtisadi Zirvəsi zamanı "Yenişafak.com” saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, SOCAR Türkiyədəki investisiyalarını 19 mlrd. dollara çatdırmaq niyyətindədir: "STAR Rafineri”nin açılışını ötən il etmişdik. Bu neft emalı zavodu yavaş-yavaş dövriyyəyə girir. Test mərhələsi artıq bitib və bütün modullar artıq fəaliyyətə başlayıb. Yaxın vaxtlarda ciddi istehsala başlanılacaq”.
"SOCAR Turkey” rəsmisi Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi haqqında da danışıb: "TANAP-da önəmli proseslər baş verdi. Bu yaxınlarda İpsalada Avropaya olan bağlantının son mərhələsini həyata keçirdik. Apreldə test qazı göndəriləcək. İyul ayında isə Avropaya qaz ixracı üçün hazırlıqlar tamamlanacaq”.
Şərhlər