Xəbər lenti

Ekonomiks 10:22 07.02.2020

SOCAR startap layihələrinə dəstək verəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gənclərin startap layihələrinə maliyyə vəsaiti ayıracaq.

"Marja"nın məlumatına görə, bu barədə gənclərlə görüşdə bildirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, startap layihələrinin həyata keçirilməsi üçün gənclər arasında müsabiqə keçiriləcək və bunun üçün SOCAR-ın Elm Fonduna ildə 250 min manata qədər vəsait ayrılıb.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, 30 yaşa qədər gənclər layihələrini təqdim edəcəklər. Onun sözlərinə görə, Elm Fondu ilə birlikdə jüri yaradılacaq və seçilən layihələrin maliyyələşdiriılməsi üçün vəsait ayrılacaq. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->