Xəbər lenti

SOCAR və
İdman 14:59 22.11.2019

SOCAR və "Fənərbaxça" sponsorluq iddialarını təkzib etdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Fənərbaxça” klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Report”a açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib. 

"Mütəmadi olaraq bu cür şayələr ortalığa atılır. Bizim konkret bu istiqamətdən sponsorluq planımız yoxdur”,- o vurğulayıb.

"Fənərbaxça” klubu da İctimaiyyəti Məlumatlandırma Platformasında açıqlama yayaraq, xəbəri təkzib edib: "Bəzi xəbər saytlarında ve sosial mediada "Fənərbağça”nın ad hüququnun 15 il müddətində satılması ilə bağlı şirkət adı və məbləğ göstərilməklə, danışıqlar aparıldığı yönündə məlumatlar yer almaqdadır. Həqiqəti əks etdirməyən bu xəbərlərə inanmamağı sərmayədarlarımızın diqqətinə çatdırırıq”.

Qeyd edək ki, SOCAR-ın 450 milyon avro qarşılığında "Fənərbaxça”ya sponsorluq edəcəyi xəbərini Türkiyə mətbuatı yazıb. Eyni zamanda "Red Bull” şirkətinin də belə bir niyyətinin olduğu bildirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->