Xəbər lenti

Soçidə Suriya görüşü
Dünya 10:57 23.11.2017

Soçidə Suriya görüşü

Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin bir araya gəlib. 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, görüşdən əvvəl "Bu zirvə görüşü Suriyada axan qanın dayanması, illərdir baş verən dəhşətin dayandırılması baxımından olduqca vacibdir" mesajı verən liderlər müzakirədən sonra mətbuat konfransı ilə çıxış ediblər.
 
Suriyada siyasi həll yolu üçün atılacaq addımlar, şiddətin azaldılması, terror təşkilatları ilə mübarizə, humanitar yardımların əraziyə çatdırılmasının əsas müzakirə mövzusu olduğu görüşdən sonra Putin "Qarşıdurmaların tamamilə dayandırılması, atəşkəs bölgələrinin elan edilməsi kimi məsələlər barədə addımlarımızı müəyyənləşdirdik. Suriyadakı qrupların görüşü üçün platformanın yaradılmasına qərar verdik. Ərdoğan və Ruhaniyə bu görüşə görə təşəkkür edirəm. Yaxın Şərqdə tezlikdə müsbət proseslərin baş verəcəyini fikirləşirik" fikirlərini səsləndirib.
 
Mətbuat konfransından sonra 3 ölkə liderinin yayımladığı bildirişdə bildirildi ki, bölgədəki vəziyyətin düzəlməsi üçün atılacaq addımlar Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə, torpaq bütövlüyünə təhlükə deyil. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->