Moskvadan Soçi şəhərinə yola düşən "UTair" şirkətinə aid "Boeing 737" sərnişin təyyarəsi qəza enişi edib.
Qaynarinfo RIA Novosti-yə istinadən xəbər verir ki, küləkli və yağışlı hava şəraiti ilə əlaqədar 2 dəfə çətin eniş cəhdi edilib. Təyyarə çəpərlərə çırpılıb, qanadını itirib və motorunda yanğın baş verib. Hadisə zamanı təyyarədə olan 164 sərnişindən 18-i yaralanıb, onlardan 3-ü uşaqdır.
Qəza ilə bağlı istintaq prosesinə başlanılıb.
Gülşən
Şərhlər