Somalinin paytaxtı Moqadişidə stadionun yaxınlığında yerləşən hərbi hissəyə hücum edilib.
Qaynarinfo xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb. Bu barədə Somali ordusunun mayoru Abdullahi Mahmud məlumat verib.
Onun sözlərinə görə, partlayışa səbəb bomba yüklənmiş avtomobilin partlaması olub. Ölən və yaralananların hadisə yerindən daşındığı bildirilib.
Şərhlər