Cənab Trampa "Patriot”ları almağa hazır olduğumuzu söylədim. F-35 proqramının müştərisi deyil, ortağı olduğumuzu onlara xatırlatdım. Biz NATO-nun ikinci ən böyük ordusuna sahibik. Amerika ilə geniş əlaqələrimiz var.
Lakin müdafiə ehtiyatlarımızı şaxələndirmək həm də milli maraqlarımızın və suveren hüquqlarımızın tələbidir. "S-400-lərimizi də müdafiə sistemimizin içində görürük. Əgər bizə əlverişli şərtlərlə satsanız, "Patriotlar”ı da ala bilərik, dedik.
Biz "Patriot”ları alarkən S-400-ləri tamamilə yığışdırmaq təklifini isə suveren hüquqlarımıza bir müdaxilə sayır və şübhəsiz ki, bunu düzgün hesab etmirik. Yunanıstan haqqında heç vaxt eyni sözləri deməmisiniz. Hazırda Yunanıstanda S300 var. Heç onlar alanda belə səs-küy olmadı. Buna görə də, bu münasibəti xüsusilə suveren hüquqlarımıza zidd hesab edirik.
Bu qədər təkidi görəndə S-400-lərlə bağlı problemin həlli üçün dedik ki: "Gəlin müdafiə nazirliklərimizi NATO-nun koordinasiyasına İbrahim bəy və ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri O'Brienlə birlikdə prosesə qoşaraq bir araşdırmaya başlayaq. Çünki "S-400, F-35 ilə əlaqələndirilmiş bir müdafiə sistemi deyil" deyirlər. F-35-i onsuz da vermirsən. Bu da başqa bir mövzudur. 2 milyard 400 milyon dollar qiyməti var. İndiyə qədər 1 milyard 400 milyon dollar ödəmişik, ancaq hələ bir dənə də F-35 verməmisiniz. Həmişə dediyimiz budur: Biz müştəri deyil, şərikik. Bu vəzifəni hazırda yerinə yetirmişik. Ümid edirəm ki, işlərin sonunda müsbət nəticə alacağıq. Ancaq burada yenə Trampın daha konstruktiv yanaşma sərgilədiyini gördüm”.
Şərhlər