Xəbər lenti

Son dəqiqə: Ərdoğandan S-400, Patriot və F-35 açıqlaması (YENİLӘNİB)
Dünya 17:47 14.11.2019

Son dəqiqə: Ərdoğandan S-400, Patriot və F-35 açıqlaması (YENİLӘNİB)

"Türkiyə ilə ABŞ arasındakı problemlərin qarşılıqlı hörmət və milli maraqlar əsasında həlli üçün Trump səmimi səy göstərir”.

Qaynarinfo xəbəbr verir ki, bu sözləri Trampla görüşdən sonra ilk açıqlamasında az əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Dedik ki, "Patriot”ları da ala bilərik. Ancaq onları aldıqda S-400-ü tamamilə ləğv etmə təklifini suveren haqqlarımızın məhdudlaşdırılması hesab edirik”, - Ərdoğan əlavə edib.
 
***
 

Cənab Trampa "Patriot”ları almağa hazır olduğumuzu söylədim. F-35 proqramının müştərisi deyil, ortağı olduğumuzu onlara xatırlatdım. Biz NATO-nun ikinci ən böyük ordusuna sahibik. Amerika ilə geniş əlaqələrimiz var.

Lakin müdafiə ehtiyatlarımızı şaxələndirmək həm də milli maraqlarımızın və suveren hüquqlarımızın tələbidir. "S-400-lərimizi də müdafiə sistemimizin içində görürük. Əgər bizə əlverişli şərtlərlə satsanız, "Patriotlar”ı da ala bilərik, dedik.

Biz "Patriot”ları alarkən S-400-ləri tamamilə yığışdırmaq təklifini isə suveren hüquqlarımıza bir müdaxilə sayır və şübhəsiz ki, bunu düzgün hesab etmirik. Yunanıstan haqqında heç vaxt eyni sözləri deməmisiniz. Hazırda Yunanıstanda S300 var. Heç onlar alanda belə səs-küy olmadı. Buna görə də, bu münasibəti xüsusilə suveren hüquqlarımıza zidd hesab edirik.

Bu qədər təkidi görəndə S-400-lərlə bağlı problemin həlli üçün dedik ki: "Gəlin müdafiə nazirliklərimizi NATO-nun koordinasiyasına İbrahim bəy və ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri O'Brienlə birlikdə prosesə qoşaraq bir araşdırmaya başlayaq. Çünki "S-400, F-35 ilə əlaqələndirilmiş bir müdafiə sistemi deyil" deyirlər. F-35-i onsuz da vermirsən. Bu da başqa bir mövzudur. 2 milyard 400 milyon dollar qiyməti var. İndiyə qədər 1 milyard 400 milyon dollar ödəmişik, ancaq hələ bir dənə də F-35 verməmisiniz. Həmişə dediyimiz budur: Biz müştəri deyil, şərikik. Bu vəzifəni hazırda yerinə yetirmişik. Ümid edirəm ki, işlərin sonunda müsbət nəticə alacağıq. Ancaq burada yenə Trampın daha konstruktiv yanaşma sərgilədiyini gördüm”.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->