Ölkə 08:04 01.10.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 730 nəfər müalicə olunaraq sağalıb, hazırda 883 aktiv xəstə var. Bu günə qədər 9 919 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 656, bu günə qədər isə ümumilikdə 7 252 623 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 1080 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 340, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 59 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13891469, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5382480, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4867656, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3879537, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261796 nəfər təşkil edir.