“Sony” şirkəti 6,44 düymlük “Xperia Z Ultra” planşetofonunu təqdim edib.
Qurğu 2,2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, “microSD” üçün slot, 8 meqapiksellik fotokamera və 3000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.
“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, “Sony Xperia Z Ultra” qurğusunun satışlarına 2013-cü ilin üçüncü rübündə başlanılacaq. Qiyməti hələ açıqlanmayıb.
Qaynar.info
Şərhlər