"SpaceX" şirkəti 2023-cü ildə "Big Falcon Rocket" (BFR) raketi ilə Aya turist səyahəti təşkil edəcək.
Qaynarinfo Engadget-ə istinadən xəbər verir ki, ötən gün şirkətin rəhbəri İlon Mask Kaliforniyada mətbuat qarşısında çıxış edib və səyahət barədə danışıb. Səfər növbəti 5 il ərzində reallaşacaq. Turist kimi Aya gedəcək şəxslər arasında Yaponiyanın "Zozotown" moda evinin sahibi olan milyarder Yusaku Maezava da var. 6 gün davam edəcək səfərdə kosmik vasitə 6-8 nəfəri və lazımi qida vasitələri, avadanlıqlar, yanacaq daşıyacaq.
118 metr uzunluğa sahib "Big Falcon Rocket" (BFR) 100 nəfəri və 1100 kub metr yükü daşıyacaq potensiala sahibdir.
Raket 2019-cu ildə sınaqdan keçiriləcək.
Gülşən
Şərhlər