Dünya 17:24 11.01.2021

ÜST Çində COVID-in müəmmalı epidemiyasından danışdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində xaricdən gətirilən dondurulmuş qida vasitəsilə koronavirusun yayılmasını müəmmalı hesab edir. 

Qaynarinfo xəbər verir ki, mütəxəssislər virusun necə sağ qaldığını anlamırlar.

ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus Çin hakimiyyət nümayəndələrinin təşkilatın mütəxəssislərinin ölkəyə səfəri ilə bağlı açıqlamasını alqışladığını qeyd edib. 

ÜST indi COVID-19 mənbəyini müəyyənləşdirmək üçün sıx əməkdaşlıq şəratində işləyəcəklərinə ümid edir.
 
Alpər