Xəbər lenti

Sui-qəsdə məruz qalan prezidentdən ilk açıqlama
Dünya 13:19 05.08.2018

Sui-qəsdə məruz qalan prezidentdən ilk açıqlama

Paytaxt Karakasda keçirilən hərbi paradda çıxış edən zaman sui-qəsdə məruz qalan Venesuela prezidenti Nikolas Maduro hadisə barədə danışıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Maduro 7 əsgərin yaralandığı, özünün zərər görmədiyi hücuma görə ABŞ və Kolumbiyanı ittiham edib:
"Hücum radikal sağ qrup tərəfindən törədilib və şübhəlilərdən bəziləri həbs edilib. Cinayətkarların Boqota və Mayami şəhərləri ilə əlaqələri var".

Qeyd edək ki, sui-qəsd cəhdi bomba ilə yüklənmiş "drone" vasitəsilə həyata keçirilib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->