Xəbər lenti

Sənət 17:18 23.10.2022

Süleyman Abdullayev dəfn olundu (YENİLƏNİB)

Əməkdar artist, xanəndə Süleyman Abdullayev dəfn olunub.

APA xəbər verir ki, əvvəlcə mərhum sənətkarla evində və Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimda Süleyman Abdullayevin ailə üzvləri, sənət dostları ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra dəfn olunmaq üçün Müşfiqabad qəbiristanlığına aparılıb və ailə məzalığında dəfn olunub.

Qeyd edək ki, "Dədə Süleyman" kimi tanınan əməkdar artist bu gün səhər vəfat edib.

13.53
 
Əməkdar artist, xanəndə Süleyman Abdullayevlə (Dədə Süleyman) vida mərasimi bu gün saat 14:00-dan 15:00-a kimi yaşadığı evdə - Bakı şəhəri, Yasamal rayonunda keçiriləcək.

APA-nın xəbərinə görə, daha sonra xanəndə Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində ailə məzarlığında dəfn ediləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->