"Sülh müqaviləsinin imzalanmasının daha tez baş verməsi də gözləniləndir”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev cari ilin sonuna doğru Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyilə bağlı son günlər daha tez-tez səslənən fikirləri şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən həmişə elan olunurdu ki, müqavilənin imzalanmasına 70-90 faiz hazırdırlar:
"Yerdə qalan 10-30 faiz isə Qarabağla bağlı məsələlər idi. Son proses fonunda isə artıq bu məsələ öz kəskinliyini itirib. Qarabağdakı erməni əhalisinin minimum 80 faizinin oranı tərk edib gedəcəyi heç bir şübhə doğurmurdu. Orada yalnız kiçik həmcdə erməni qalacaq. Hər iki ölkənin rəhbərləri açıq şəkildə söyləyib ki, artıq sülh müqaviləsinin imzalanması yolunda qarşıda böyük problem yoxdur. Ona görə də yaxınz amanlarda sülh müqaviləsinin imzalanması ehtimalı realdır. Amma yaxın zamanlarda onun baş verib-verməyəcəyini oktyabr görüşü göstərəcək”.
Həmsöhbətimizin fikrincə, sülh müqaviləsinin bu ilin sonuna doğru imzalanıb-imzalanmayacağında vasitəçilərin səyləri də mühüm rol oynaya bilər:
"Bu və ya digər istiqamətdə burada vasitəçilərin də səyləri rol oynayacaq. Çünki ərazidə dünya güclərinin böyük maraqları var. Zəngəzur yolu ətrafında maraqlar xeyli dərəcədə kəskinləşib”.
Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın cənubunda yerləşən Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş də nəzərdə tutulub. Bir çoxları son proseslər fonunda bu görüşdən sonra sülh müqaviləsinin imzalanacağını zənn edir. Referans.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa da prosesin təxminən il sonunda yekunlaşacağını qeyd edib:
"Qranada görüşündə sülh müqaviləsinin konturları müəyyən oluna bilər. Çünki Ermənistan artıq bu istiqamətdə addımlar atmağa məcburdur. Bu addımları gecikdirmək Ermənistanın böyük bir sıxıntı içinə girməsinə səbəb olacaq və bunu dayandırmaq çətin olar. Ona görə də, bu görüşdə sülh müqaviləsinə kifayət qədər yaxınlaşmağı biz müşahidə edəcəyik. Çünki 20 sentyabrdan sonra yeni reallıqlar ortaya çıxıb və bu reallıqları qəbul etməyə məcbur olan Ermənistan mütləq şəkildə sülh müqaviləsinin imzalanmasına və sərhədlərin tanınmasına özü təşəbbüskar olmalıdır. Bu müzakirələr tədricən daha intensiv xarakter alacaq və çox güman ki, ilin sonuna proseslərin yekunlaşmasını proqnozlaşdırmaq olar”.
Rüfət Sultan
Şərhlər