Xalq artisti Şahnaz Haşımova əməliyat olunub.
Bu barədə Qaynarinfo-ya açıqlamasında müğənninin nəvəsi Eldar Abdullayev məlumat verib.
O, əməliyyatın uğurlu keçdiyini vurğulayıb:
"Vəziyyəti yaxşıdır, amma hələ reanimasiyadadır, ayılmayıb. Ayılandan sonra palataya köçürüləcək. Şahnaz xanım xəstəliyi ilə bağlı açıq məlumat vermək istəmir. Xəstəxanada 6 aydan bir yoxlamadan keçirdi. Bu dəfə müayinədən keçəndə həkimlər əməliyyat olunmasını tövsiyyə etdilər. Şahnaz xanım da razılaşdı. Xəstəliyin üstünə vaxtında düşməyəndə fəsadları ağır olur".
Qeyd edək ki, Şahnaz Haşımova dünən xəstəxanaya yerləşdirilib. 68 yaşlı Xalq artistinin 2023-cü ildə də səhhətində problemlər yaranmışdı.
Bahar Rüstəmli
Şərhlər