İdman 15:06 15.09.2021

"Sumqayıt" altı futbolçu ilə müqavilə bağladı (FOTO)

"Sumqayıt" rəhbərliyi futbol akademiyasının altı üzvü ilə müqavilə bağlayıb.
 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Xəyal Fərzullayev, müdafiəçilər Nihad Ağayev, Nurlan Bayramov, yarımmüdafiəçilər Tural Axverdiyev, Rüstəm Hümbətov və hücumçu Əjdər Hacılı əsas heyətə dəvət olunub.
 
Sözügedən futbolçularla imzalanan peşəkar müqavilənin müddəti üçillikdir.
 

 
Səbuhi Həsənov