Sumqayıt şəhərində dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 2025-ci il yanvarın 5-i saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına dörd kişi, Uşaq Xəstəxanasına isə bir nəfər hospitalizasiya olunub.
Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.
10:05
Sumqayıt şəhərində beş nəfər dəm qazından zəhərlənib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar yaşayış massivində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri - 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov, onun oğlu, 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov, 1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov, onun oğlu, 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər