Xəbər lenti

Dünyanın ən sıx tıxaclı şəhərləri - İstanbul Nyu-Yorku keçdi, lider oldu
Dünya 19:00 07.01.2025

Dünyanın ən sıx tıxaclı şəhərləri - İstanbul Nyu-Yorku keçdi, lider oldu

"Inrix" şirkətinin 2024-cü il üçün qlobal tıxac hesabatına əsasən, İstanbul ötən il il dünyanın ən çox tıxaclı şəhəri elan edilib. 

Qaynarinfo xəbər verir ki, hesabata görə, sürücülər il ərzində yollarda orta hesabla 105 saat vaxt itiriblər.

Türkiyənin ən böyük şəhəri olan İstanbulda tıxac gecikmələri 2023-cü illə müqayisədə 15% artıb. İstanbuldan sonra isə Nyu-York və Çikaqo şəhərləri qərarlaşıb. ABŞ-ın bu iki şəhərində sürücülər il ərzində tıxaclardan orta hesabla 102 saat vaxt itirirlər.

Britaniyanın paytaxtı London ildə 101 saatlıq tıxac göstəricisi ilə dördüncü sırada yer alır. İlk beşliyi isə Meksika paytaxtı Mexiko şəhəri tamamlayır. Orada sürücülər hər il orta hesabla 97 saatlarını tıxaclarda keçirirlər.

London ikinci dəfədir ki, Avropanın ən çox tıxaclı şəhəri adını qazanır və Böyük Britaniyada bütün tıxac gecikmələrinin təxminən 50%-i bu şəhərdə qeydə alınır.

Hesabatın müəllifi, nəqliyyat analitiki Bob Pişunun sözlərinə görə, İstanbul və London kimi böyük şəhərlər əhali sıxlığı və iqtisadi inkişaf səbəbindən unikal problemlərlə üzləşirlər. O bildirib ki, Londonda sıxlıq göstəricisi yalnız 2% artsa da, İstanbulda bu göstərici 15% təşkil edib. Bu, sürətlə böyüyən şəhərlərin qarşılaşdığı təzyiqləri ortaya qoyur.

Nyu-Yorkda tıxacların azaldılması məqsədilə yeni bir ödəniş sistemi tətbiq edilib. Bu çərçivədə, Central Parkın cənubunda yerləşən "Empire State", "Times Square" və "Wall Street" ətrafına avtomobillə daxil olmaq istəyənlər gündəlik 9 dollara qədər ödəniş etməli olacaqlar. Gecə saatlarında isə bu məbləğ 2,25 dollar təşkil edir. 2028-ci ilə qədər bu ödənişin 12 dollara, 2031-ci ilə qədər isə 15 dollara çatdırılması planlaşdırılır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->