Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, Bakı-Quba yolunun Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
İlkin məlumata görə "Shagman” markalı yük avtomobili ilə "Mercedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində 5 nəfər öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır.
Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan şabranlı ailə olduğu bildirilir (oxu.az)
Şərhlər