Xəbər lenti

“Sumqayıt”da növbəti iranlı legioner
İdman 00:51 18.09.2021

“Sumqayıt”da növbəti iranlı legioner

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, sonuncu dəfə İran təmsilçisi "Aluminium”da çıxış etmiş hücumçu Səid Rza ilə 1 illik müqavilə imzalanıb.
 
Yeni transfer "23” nömrəli formada çıxış edəcək.
 
Əvvəllər "Maşınsazi”, "Havadar” kimi klublarda çıxış etmiş Səid son mövsüm keçirdiyi 21 oyunda meydanda olub və 3 qola imza atıb.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->