Sumqayıtda çoban təsərrüfat sahibi tərəfindən döyülüb.
"Report"un məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində fəaliyyət göstərən fərdi təsərrüfatların birində baş verib.
Belə ki, əslən Ağsu rayonunun Bico kəndindən olan 1971-ci il təvəllüdlü Hacıməmmədov Seyran Əlibaba oğlu qəsəbədə çoban işlədiyi fərdi təsərrüfat sahibi Vəli adlı şəxs və oğlu tərəfindən döyülüb. Yaralının sözlərinə görə, səhər saatlarında təsərrüfat sahibi ilə aralarında mübahisə olub. Mübahisə sonda davaya çevrilib. Dava zamanı S.Hacıməmmədov üzündən və bədəninin digər nahiyələrindən xəsarətlər alıb. O, yaxınlıqda yaşayan şəxslər tərəfindən yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Sumqayıt şəhər sakini evində işləyərkən xəsarət alıb.
Şərhlər