Xəbər lenti

Suriya raketlərini İsrailə tərəf çevirdi
Dünya 11:24 05.02.2013

Suriya raketlərini İsrailə tərəf çevirdi

İsrailin Suriyaya qarşı həyata keçirdiyi hava əməliyyatına Dəməşq cavab vermək hazırlığındadır.


Qaynar.info-nun məlumatına görə, Rusiya mətbuatı Suriyanın 4 "Scud" raketlərini Təl-Əvivə tərəf döndərdiyini yazıb.

İnterfaks agentliyi İran mənbələrinə istinadən xəbər verir ki, Əsəd hökuməti Sovet istehsalı olan 4 ədəd "Scud" raketini İsrail paytaxtı Təl-Əvivi vura biləcək vəziyyətə gətirib.

NATO-da SS-1 adlandırılan 300 kilometr mənzilli bu raketlər köhnə olsalar da, 1 ton partlayıcı və kimyəvi silah başlıqları daşıya bildikləri üçün hələ də təhlükəli sayılırlar.

İsrail də "Dəmir Qübbə" hava hücumundan müdafiə sisteminin iki batareyasını Suriya ilə sərhədə yerləşdirərək, ciddi hazırlıqlara başlayıb.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->