Suriyada Bəşər Əsəd rejimi ilə təxminən 3 ildir döyüşdüyü müxalifətlə nəhayət ki, görüşəcəyi tarix məlum olub.
Qaynar.info xəbər verir ki, Suriya baş nazirinin müavini Kadri Cəmil uzun müddətdir təxirə salınan beynəlxalq konfransın noyabrın 23-24-ü keçiriləcəyini deyib.
Cəmil "Cenevrə 2" adı verilən konfransın keçirilmə vaxtını Moskvada səfərdə olarlən açıqlayıb.
Qeyd edək ki, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək konfransın tarixi may ayın bəri məlum deyildi.
Qaynar.info
Şərhlər