Yağışlı havaların yaşandığı bu günlərdə, yollarda avtomobillərin qəza vəziyyəti yaratdığı üçün olduqca təhlükəlidir. Həm sürücülər, həm piyadalar bu cür havalarda ehtiyyatlı olmalıdırlar.
Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, yağışlı havalarda yollarda bir çox problemlər yaşanır. Bununla bağlı təlimçi Salih Quliyev, bu cür havalarda diqqətli olmağı məsləhət görüb.
Salih Quliyev – təlimçi: "İntensiv yağışla əlaqədar yol görmək çətinləşir. Adətən qaranlıq vaxtlarda asvalt qara, insanlar da qara geyimdə olduğu üçün yağışlı havalarda ümimiyyətlə görünmürlər. Əyləci ani basmaqla arxadakı avtomobilə vurub, qəza törədə bilərlər. Avtomobilin texniki göstəricilərinə nəzarət etmək məsləhətdir”.
Bəs, ötmə əməliyyatlarında hansı problemlər yaşana bilər?
"Tutaq ki, mən qarşıdakı nəqliyyat vasitəsini ötmək istəyirəm. Bu zaman güzgülər parlıdır, heçnə görmürəm, "Allaha ümid” deyib, ani manevr edərək qarşıdakı maşını keçmək istəyirəm. Bu da arxadakı avtobobillərə çətinlik yaradır. Belə havalarda çətinlik ən çox döngələrdə olur. Sürücülər adətən belə havalarda sükanı sərt burub sürüşməyə səbəb olurlar. Qabaq təkərçəkənlə arxatəkərçəkənin döngələrə reaksiyası fərqlidir. Bu da yağılı havalarda özünü daha çox biruzə verir”.
Sürücü: "Sürücülər də, piyadalar da diqqətli olmalıdır ki, hadisə baş verməsin”.
Sürücü: "Sürücü sükan arxasında diqqətli olmalıdır”.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlər Yol Polis İdarəsi də yağışlı havalarda sürücülərə sürət həddini aşmamağı tövsiyyə edir və daha çox ictimai nəqliyyat vasitələrindən istifadə etməyə çağırır.
Şərhlər