Sənət 09:42 25.09.2021

Şuşa teatrının direktoru COVİD-ə yoluxdu - Vəziyyəti ağırdır

Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun vəziyyəti ağırdır.

Qaynarinfo xəbər verir ki, direktor koronavirusa yoluxub və hazırda Zığ Modul Tipli Xəstəxanaya yerləşdirilib.

Yadigar Muradov Qaynarinfo-ya açıqlamasında  qısaca "hər şey yaxşı olacaq" deyə bildirib.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bu yaxınlarda Şuşada olmuş, evinə baş çəkmiş və bununla bağlı saytımıza geniş müsahibə vermişdi.

Bahar Rüstəmli