Video 16:47 22.11.2021

Tacir Şahmalıoğlu ilə Fədayə Laçın yenidən bir yerdə (VİDEO)

Rusiyada səfərdə olan müğənni Tacir Şahmalıoğlu ilə Fədayə Laçın yenidən bir araya gəlib.

Sənətçi sosial şəbəkədə Rusiyada keçirilən toy məclislərinin birindən video paylaşıb. Şəbəkə izləyiciləri cütlüyün bir-birinə yaraşdığını bildirib.

Müğənni Tacir Şahmalıoğlu Qaynarinfo-ya açıqlamasında Fədayə Laçınla səslərinin uyğun gəldiyini deyib:

"Fədayə Laçın yeganə sənətkardır ki, bizim onunla səsimiz bir-birinə uyğun gəlir. Biz onunla uzun illər bir yerdə çalışmışıq. Fədayə xanım gözəl sənətkardır”.

Qeyd edək ki, uzun illər səhnədə duet ortağı kimi tanınan bu cütlüyün arası hələ Fədayə Laçın həbsdə olarkən dəymişdi. 

Bahar Rüstəmli