Xəbər lenti

Tahir Gözəl:
İdman 17:04 16.02.2023

Tahir Gözəl: "Təəssüf ki, oyunumuz belə ağır günlərə təsadüf edir"

"Qarabağ"ın prezidenti Tahir Gözəl bu gün Konfrans Liqası çərçivəsində "Gent"lə keçirəcəkləri oyundan öncə klubub rəsmi saytına açıqlama verib.

Qaynarinfo xəbər verir ki, klub rəhbəri əvvəlcə qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı türk xalqına başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib: 

"Hadisənin ilk dəqiqələrindən etibarən başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi. Maddi durumundan asılı olmayaraq, hər kəs hər hansı bir şəkildə yardım etməyə çalışdı. Yardım kampaniyalarından olan görüntüləri izlədikcə həm duyğulandım, həm də qürur hissi keçirdim. Böyük məmuniyətlə, cənab prezidentin bu çağırışına biz də "Azərsun Holdinq” olaraq qoşulduq. Bunun qürurunu yaşayırıq. Başda prezidentimiz olmaqla, bütün dünyaya Türkiyə və Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha göstərdik. Hər zaman Türkiyənin yanındayıq. 

Təəssüf ki, oyunumuz belə ağır günlərə təsadüf edir. Bu gün oyundan əvvəl zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Əminəm ki, azarkeşlərimiz də qardaş ölkəni unutmayacaq, onlara 90 dəqiqə ərzində dəstək olacaqlar. 

Oyuna gəlincə, mən komandama inanıram. İnanıram ki, çətin günlərimizdə xalqımıza təssəlli olan "Qarabağ” bu gün də öz oyunu və qələbəsi ilə az da olsa azarkeşlərimizi sevindirəcək".

Qeyd edək ki, "Azərsun Holdinq” Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım edib. Holdinqin Müşahidə Şurasının sədri Abdulbari Gözəlın təşəbbüsü ilə qardaş ölkədə təbii fəlakət nəticəsində zərər görmüş şəxslərə 5 TIR ilkin tələbat, qida və qeyri-qida məhsulları göndərilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->