Xəbər lenti

Ölkə 14:50 25.01.2022

Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edildi

Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə təqsirləndirilən şəxslər - 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanan materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?