Maqazin 15:23 28.01.2021

Taksi sürücüsü işləyən meyxanaçı sərnişinlə dalaşdı - Məsələyə polis qarışdı

Karantin müddətində pulsuzluqdan taksi sürücüsü işləməyə məcbur olan meyxanaçı Samirə Yusifqızı müştərilərindən biri ilə mübahisə edib.

Qaynarinfo xəbər verir ki, "Günə bir” verilişinin qonağı olan söz ustadı bu barədə danışıb.

O, avtomobilinə əyləşən şəxsin onu təhqir etdiyini deyib:

"Avtomobilə bir xanım əyləşdi. Onu 5 ünvana aparmalı və sonra yenidən başlanğıc məntəqəyə çatdırmalı idim. Birinci ünvana apardım. Dedi gözlə gəlirəm. 20 dəqiqə sonra gəldi. Dedim ki, xanım siz hər ünvanda 20 dəqiqə yubansanız mən günün sonu evimə çörək pulu apara bilməyəcəyəm. Mənə qayıtdı ki, bu sənin işindir.

Maşını kənara verib ondan maşını tərk etməsini xahiş etdim. Məni təhqir etməyə başladı. Aramızda böyük mübahisə yarandı".