Xəbər lenti

Taksilərlə bağlı yeni tələblər (VİDEO)
Video 16:05 13.03.2019

Taksilərlə bağlı yeni tələblər (VİDEO)

Hökümətin təsdiq etdiyi yeni qaydalara görə, istehsal ili ən az 15, texniki saz, eləcə də, isitmə-soyutma sistemləri ilə təhciz edilən minik avtomobilləri taksi kimi işləyə bilər. Bundan əlavə taksometr, posterminalın olması vacibdir. Taksilər üçün xüsusi rənglər də müəyyyən edilib.

ARB TV-nin "Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Elməddin Muradlı – Ekspert: "Yaş məsələsi də var. 18 yaşında vəsiqə aldın o demək deyilki, taksilik edə bilərsən. İki il staj tələb olunacaq. Ağ, sarı, bənövşəyi rəngdə olacaq taksilər”.

Hikmət Babayev - BNA-nın rəsmisi: "Taksiyə aid olan şərtlər tələblərdə öz əksini tapıb. O tələblərə cavab vermiyən nəqliyyat vasitələri istismardan çıxarılacaq və kənarlaşdırılacaq”.

Tələbləri sürücülər məqbul qarşılayır. Amma onları narahat edən bəzi məsələlər də var.

Sürücü: "Vahid bir qiymət olsun”

Sürücü: "Deyirlər neçəyə apararsan? Deyirəm, sayğac nə yazar onu da verərsən. Deyir ki, bəlkə sayğac 10 manat yazdı axı mənim o qədər pulum yoxdur”.

Mütəxəssislər deyir ki, xidmət keyfiyyəti üçün bu tələblərin qəbul və icrası uzunmüddətli prosesdir. Qəbul olunan qaydalar hüquqi və fiziki şəxslər üçün eynidir.

Fərhad Eyyubov – Ekspert: "Fərqlənmə alacaq, lazimi tələblərə cavab verən texniki vasitələri quraşdırıb xidmət göstərə bilərlər”.

Tələblərin icrası Bakı nəqliyyat agnetliyinə tapşırılıb. Amma bu şərtlərin tam icrası üçün illər lazım olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->