Xəbər lenti

Taliban qadınların BMT-də işləməsini qadağan etdi – Reuters
Dünya 20:55 06.04.2023

Taliban qadınların BMT-də işləməsini qadağan etdi – Reuters

Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qadınların həyatı ilə bağlı yeni qanunlar və qadağalar tətbiq etməyə başlayıb. Növbəti məhdudiyyət BMT-də işləmək qadağasıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

Taliban müvafiq qərarı aprelin 4-də elan edib.

"Biz faktiki hakimiyyət orqanlarından Birləşmiş Millətlər Təşkilatının qadın milli işçilərinə işləməyi qadağan edən əmr haqqında məlumat aldıq. Müxtəlif kanallar vasitəsilə bizə bunun bütün ölkəyə şamil edildiyi bildirilib”, - deyə BMT-nin sözçüsü Stefan Düjarrik bildirib.

Ümumilikdə BMT-də 400-ə yaxın əfqan qadın çalışır.

Düjarrik qeyd edib ki, BMT qərara aydınlıq gətirmək və əlavə məlumat almaq üçün Kabildə Əfqanıstan Talibanın Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşəcək.
Qəbul edilən qanun səbəbindən BMT əfqan işçilərindən - təxminən 3,300 kişi və qadından işçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə 48 saat işə gəlməməyi xahiş edib. Cümə və şənbə günləri Əfqanıstanda rəsmi istirahət günləri olduğundan işçilər bazar gününə qədər işdə olmayacaqlar.

Əfqan qadınlarının BMT-də işləməsinə qadağa qoyulması Əfqanıstanda əməliyyatların davam etdirilməsinə ciddi maneələr yarada bilər. Donor ölkələrin qadınların hüquqlarının tapdalanması səbəbindən ölkəni maliyyələşdirməyi dayandırması ehtimalı da var.

Bu da öz növbəsində Əfqanıstan xalqına yardım göstərməyin mümkünsüzlüyünə gətirib çıxaracaq. Hazırda ölkənin əhali sayı təxminən 23 milyon nəfərdir. İlkin hesablamalara görə, əhalinin yarısının humanitar yardıma ehtiyacı var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->