Prezident İlham Əliyev daha iki sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı Tamerlan Elmar oğlu Qarayevi Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.
İlham Əliyev başqa bir sərəncamla Tamerlan Qarayevi Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Şərhlər